Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb.
Qol.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub.
Şəhriyar Məmmədyarov (2764) isə ilk onluğu tərk edib. O, 1 pillə geriləyərək 11-ci yerdə qərarlaşıb.
Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 91-ci pillədə qərarlaşıb.
Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2 791) 3-cüdür.
Qadınlardan Günay Məmmədzadə (2 443 xalla) 29-cu, Gülnar Məmmədova (2 371) 77-ci pillədə yer alıb. Ötən reytinqlə müqayisədə Ülviyyə Fətəliyeva “100-lüy”ü tərk edib. Əvəzində isə qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sıraya yüksəlib.
De Brüynedən qol, "Napoli"dən qələbə
5 qol vuruldu, "Karvan" qalib gəldi - Video
"Azarkeşlərin narazılığa haqları var" - Adil Şükürov
"Sevinirəm ki, bu komandanın baş məşqçisiyəm" - Azər Həşimov
"Karvan" "Kəpəz"ə qalib gəldi
"Arsenal" yeni transferini açıqladı
"Zirə"nin futbolçusu əməliyyat olundu
“Qarabağ” - “Ferensvaroş” matçına böyük maraq
"Əl-İttihad" "Portu"nun yetirməsi üçün təklif göndərdi
"Kəpəz" - "Karvan": Heyətlər
Alonso Vinisius haqda bunları dedi
"Napoli" axtardığını "Mançester Yunayted"də tapdı
"Fənərbaxça" müdafiəçi transfer etdi
Uolker: "Pulsuz da futbol oynayardım"
Levandovski qayıtdı
"Arsenal" qapıçısını bu kluba göndərdi
“Qarabağ”dan atmacalı müraciət - Video
Harri Keyn hamını qabaqlayır
“Qol vurmuşuqsa, niyə sevinməyək?!” - Elvindən cavab
"Liverpul" onu icarəyə verdi
Azərbaycan daha bir mötəbər yarışı qəbul etməyə hazırlaşır
"Bavariya"dan darmadağınlı start - Video
Tramp: "Şort geyinib, futbol oynaya bilərəm"
Emrelinin komandası uduzdu
AFFA-nın baş katibi “Qarabağ”ın qonağı olub - Şəkillər
"İnter"dən yeni transfer