İtaliyanın bir neçə futbol klubu koronavirusa qarşı mübarizə üçün yardım aksiyasına başlayıb.
Qol.az xəbər verir ki, "Roma"nın futbolçuları və texniki heyəti 1 günlük maaşlarını pandemiya ilə mübarizə üçün bağışlayıb. Klubun verdiyi açıqlamada prezident Cim Palottanın 50.000 avro məbləğində köməklik etdiyi, hədəf kimi isə 500.000 avro toplamaq istədikləri bildirilib. Hazırda toplanan məbləğ isə 460.000 avrodur.
"İnter"in futbolçusu Romelu Lukaku isə daha böyük yardım göstərib. Bundan əvvəl xəstəxanalara 300.000 maska bağışlayan belçikalı hücumçu bu dəfə Tvitter səhifəsindəki paylaşımında Milanda yerləşən "San Rafaele" xəstəxanasına 100.000 avro yardım etdiyini yazıb:
"Həssas bir dövr keçiririk. Birlik olmalı və evdə qalmalıyıq. İtaliya mənə görə, inanılmaz ölkədir və mənim və ailəm üçün çox şey edib. Buna görə də ölkəyə köməklik etmək istəyirəm. Milandakı "San Rafaele" xəstəxanasına 100.000 avro bağışlayıram".
Qeyd edək ki, bundan əvvəl "Milan"ın futbolçusu, isveçli ulduz Zlatan İbrahimoviç də sosial şəbəkə hesablarında paylaşım edərək, aksiyaya başladığını bildirmişdi.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı