Rüfətin çıxış etdiyi çempionatda fasilə uzadıldı

Rüfətin çıxış etdiyi çempionatda fasilə uzadıldı
XƏBƏR 19 Mart 2020 / 14:18 1173
-  A +

Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın USL liqasında fasilə müddəti uzadılıb.

Qol.az liqanın saytına istinadən xəbər verir ki, martın 13-dən qüvvədə olan fasilə mayın 10-a qədər uzadılıb. Buna ölkədə koronavirusa görə  50 və daha çox insanın  birgə toplanmasına qadağa qoyulması səbəb olub.

Qeyd edək ki, R.Dadaşov USL liqası təmsilçisi "Finiks Rayzinq"də oynayır.

Daha çox


Son xəbərlər