Fernandeş ilk aydaca klubunun ən yaxşısı oldu

Fernandeş ilk aydaca klubunun ən yaxşısı oldu
XƏBƏR 1 Mart 2020 / 16:29 2211
-  A +

“Mançester Yunayted”in yeni transferi Bruno Fernandeş fevral ayı üçün komandasının ən yaxşı oyunçusu seçilib.

Qol.az-ın xəbərinə görə, klubun saytında azarkeşlər arasında keçirilən sorğuda portuqaliyalı yarımmüdafiəçi 80 faiz səs toplamaqla birinci olub. İkinci yeri Antonio Marsyal (14 faiz), üçüncü yeri Lyuk Şou (6 faiz) tutub.

Fernandeş fevralda 5 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini edib. O, “MY”yə yanvarın 30-da keçib, 1 fevralda isə debüt edib.


Son xəbərlər