“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, o, 70-75 dəqiqə gözəl oynadıqlarını bildirib:
"90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?”.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video