Millimizin üzvü 53 dəqiqə oynadı

Millimizin üzvü 53 dəqiqə oynadı
XƏBƏR 9 Fevral 2020 / 21:30 2265
-  A +

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda 27-ci turda öz meydanında “Ponferradina” ilə qarşılaşıb. Oyunda heç-heçə qeydə alınıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. 44-cü dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Albasete” hazırda 29 xalla 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər
05.05.25  17:37

Kloppun Fabreqas planı