“Yanvarda “Barselona”dan getmək istəyirdim” – Rakitiç

“Yanvarda “Barselona”dan getmək istəyirdim” – Rakitiç
DÜNYA FUTBOLU 3 Fevral 2020 / 12:33 2535
-  A +

“Barselona”nın yarımüdafiəçisi İvan Rakitiç qışda komandanı tərk etmək istəyib.

Qol.az xəbər verir ki, bu haqda o, “Levante”yə qarşı La Liqanın 22-ci turunun oyunundan (2:1) sonra jurnalistlərə deyib.

“Yanvar pəncərəsi zamanı getmək haqda düşünürdüm. Valverdenin (“Barselona”nın sabiq baş məşqçisi – red.) köməkçilərinin mənə münasibəti yaxşı deyildi. Bu, mənim üçün pis vaxtlar idi. İndi isə hər şey keçmişdə qalıb. Onu deyə bilərəm ki, bəzi şeylər xoşuma gəlmirdi”.


Son xəbərlər