Vaqif Cavadovun komandası heç-heçə ilə başladı

XƏBƏR 7 Avqust 2010 / 14:04 1825
-  A +

Hollandiya çempionatında yeni mövsümə start verilib. Qol.Az-ın məlumatına görə, ilk turun açılış matçı son ölkə çempionu, millimizin üzvü Vaqif Cavadovun da şərəfini qoruduğu “Tvente”nin iştirakı ilə keçirilib. Həmyerlimizin çıxış etdiyi Enshede təmsilçisi səfərdə “Roda” ilə qarşılaşıb. Kerkradedə baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0. “Tvente”nin baş məşqçisi Mişel Pryudom 21 yaşlı hücumçumuza yoldaşlıq oyunlarında hətta start heyətində yer versə də, bu görüşün “18-liy”inə belə daxil etməyib. Yenidən ölkəmizə qayıtmaq söhbəti gəzən Vaqifin komandasında qalıb-qalmayacağı da sual altındadır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi