"Neftçi" bu gün Respublika stadionunda məşq edəcək

"Neftçi" bu gün Respublika stadionunda məşq edəcək
XƏBƏR 6 Avqust 2010 / 15:58 1770
-  A +

"Neftçi" "Qarabağ"la keçiriləcək Unibank Premyer Liqasının 2010/11 mövsümünün ilk turunun oyununa hazırlığı gündə bir dəfə olmaqla davam etdirir. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, dünən bazadakı meydançada keçirilən hazırlıq zamanı baş məşqçi Arif Əsədov futbolçuları ikitərəfli oyunda sınayıb. Komandanın bu günkü məşqi isə saat 21:00-dan etibarən "Qarabağ"la oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Məşqdə milli komandanın sərəncamından dönmüş futbolçular - Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Araz Abdullayev, Cavid Hüseynov, Fərid Quliyev və Amit Quluzadə də iştirak edəcək.
Qeyd edək ki, avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Neftçi" – "Qarabağ" oyunu saat 21:00-da başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi