Millimizin rəqibinin heyəti açıqlandı, Mpenzaya dəvət gəlmədi

Millimizin rəqibinin heyəti açıqlandı, Mpenzaya dəvət gəlmədi
XƏBƏR 6 Avqust 2010 / 13:35 1999
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 11-də Finlandiya ilə keçirəcəyi yoldaşlıq oyununa baş məşqçi Georges Leekens 23 futbolçu dəvət edib. Lakin o, “Neftçi”nin yeni transferi Emil Mpenzanı millinin düşərgəsinə dəvət etməyib. Son dəfə Dik Advokatın vaxtında yığmanın şərəfini qoruyan 32 yaşlı futbolçunun yığma karyerasının başa çatdığını söyləmək olar.

Qapıçılar: Loqan Bailli (“Borussiya”, Münhenqladbax, Almaniya), Jan-Fransua Qillet (“Bari”, İtaliya), Silvio Proto (“Anderlext”);
Müdafiəçilər: Olivye Deşaxt, Qilyam Qillet (ikisi də "Anderlext"), Laurent Ciman (“Standard”), Vinsent Kompani (“Mançester Siti”), Nikola Lombaerts (“Zenit”), Yele Van Damm (“Vulverhempton”, İnliltərə), Tomas Vermaelen (“Arsenal”, İngiltərə),
Yarımmüdafiəçilər: Tomas Buffel, Kevin de Bruyne (ikisi də "Genk"), Bernd Tiys, Kristof Lepont (ikisi də "Gent"), Aksel Vitsel, Steven Defo (ikisi də "Standard"), Conatan Leqe (“Anderlext”), Eden Hazard (“Lill”, Fransa), Yan Vertonqen (“Ayaks”, Hollandiya).
Hücumçular: Kristian Bentek, Sebastyan Pocoqnoli (ikisi də "Standard"), Romelu Lukaku (“Anderlext”), Kevin Mirallas (“Olimpiakos”, Yununıstan).
Qeyd edək ki, Finlandiya - Belçika oyunu avqustun 11-də, Bakı vaxtı ilə saat 22.00-da Turku şəhərindəki "Veritas" stadionunda keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi