"Neftçi"nin sabiq hücumçusu Lukas Qomes İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Qol.az xəbər verir ki, bir müddət öncə klubdan FİFA-ya şikayət edən, ancaq qurumdan istədiyi cavabı ala bilməyən 32 yaşlı forvard bu dəfə CAS-a üz tutub. 2018-ci ilin yayında "Neftçi"dən göndərilən və klubdan pulunu ala bilməyən cənubi amerikalı bu dəfəki qərarın leyhinə olacağına əmindir:
"Məsələ CAS-dadır. Hələ gözləyirik. Amma əminik ki, bu dəfə qərar lehimizə olacaq. "Neftçi"nin hüquqşünası müqaviləyə belə bir bənd salmışdı ki, yerli federasiya "Neftçi" haqda hər hansı iddia ilə bağlı işi həll etməlidir. Mən isə menecerimlə bunu düz başa düşməmişik. Düşündük ki, FİFA-ya müraciət edək, onlar mənim əcnəbi olduğumu nəzərə alarlar. Çünki bu işlərdə böyük təcrübəyə sahibdirlər. Elə oldu ki, sonradan CAS-a şikayət ünvanladıq. Qurumdan cavab gözləyirik. Belə məsələlər orada adətən daha tez və futbolçunun xeyirinə öz həllini tapır. Lazım gəlsə, yenidən AFFA-ya da müraciət edəcəm".
"Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar"ın keçmiş futbolçusuna təqribən 60 min dollar verəcəyi var. (sportinfo.az)
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı