İbrahimoviç oynadı, "Milan" heç-heçə etdi - Yenilənib

İbrahimoviç oynadı, "Milan" heç-heçə etdi - Yenilənib
XƏBƏR 6 Yanvar 2020 / 20:40 6958
-  A +

“Milan”ın yeni transferi Zlatan İbrahimoviç bu gün A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə keçirilən görüşdə meydana çıxıb.

Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu görüşə ehtiyatda başlayan isveçli hücumçu 55-ci dəqiqədə meydana daxil olub. Matç qolsuz bərabərliklə başa çatıb. Bu, İbrahimoviçin kluba ikinci qayıdışından sonra debüt oyunu olub.

Qeyd edək ki, İbrahimoviç ötən ay "Milan"la bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Əlavə edək ki, "Milan" hazırda 22 xalla 11-ci pillədə qərarlaşıb.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda