“Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq...” Azərbaycan Prezidenti İlham Əliyevin müasir gəncliyi xarakterizə edən bu sözlərində həm arzu var, həm də inam... Dövlətimizin başçısı biliyin, savadın gənclərimizin təminatlı gələcəyini müəyyənləşdirdiyini qeyd etməklə yanaşı, onların vətənpərlyinin də ölkəmizin müstəqilliyi üçün vacib amil olduğunu hər zaman xatırladır.
Müstəqil dövlətçiliyimizə sədaqət, onun əsas rəmzlərindən olan bayrağımıza sevgi və ehtiram xaricdə yaşayan və təhsil alan, yaxşı ailə tərviyəsi görmüş, saf əqidəli, yüksək mənəviyyatlı gənclərimiz üçün səciyyəvi xüsusiyyətdir. Belə gənclərdən biri hazırda İngiltərədə, Kembric Ebbi Kolecində (Abbey College Cambridge) təhsil alan 16 yaşlı Cavid Abdullayevdir. O, dünyanın 40-dan çox ölkəsindən 400-dək müdavimi olan kollecə bu il qəbul edilib. Burada universitetə hazılığın ən yüksək standartları tətbiq olunur.
Müasir və mükəmməl tədris proqramında tələbələrin fiziki inkişafına da xüsusi yer verilir. Bu baxımdan, Cavid İngiltərəyə, necə deyərlər, tam hazırlıqlı gedib. Bakıda “Fight Club”da universal döyüş növü ilə məşğul olub, hətta yarışlarda iştirak edib, uğurlu nəticələr qazanıb. Kollecdə, təbii ki, onun idmana marağından və idmançı hazırlığından xəbərdardırlar. Məhz buna görə də Cavidə İngiltərədə çox populyar olan boks üzrə “Şəhər kuboku” yarışlarında qüvvəsini sınamaq tövsiyə edilib.
Hər il xeyriyyə məqsədilə keçirilən bu yarışların təşkilatçısı 1990-cı illərdə Londonda əsası qoyulmuş Ağ Yaxalıqlıların Dünya Boks Assosiasiyasıdır (World White Collar Boxing Association - WWCBA). Əslində, assosiasiyanın adı qəribə səslənir. İş ondadır ki, boksa maraq göstərən və qısa müddət ərzində bu idman növü üzrə müəyyən hazırlıq keçən hər kəs həmin yarışlarda iştirak edə bilər. “Ağyaxalıqlıar” termini də elə həmin məqamla bağlıdır. Bu termin Qərbdə əqli əməklə məşğul olan, idmanla bilavasitə əlaqəsi olmayan şəxslər haqqında işlədilir. Əsas məsələ odur ki, Ümumdünya Boks Təşkilatının (WBO) və Beynəlxalq Boks Assosiasiyasının (AIBA) mövcud qaydaları əsasında keçirilən yarışlardan əldə edilən çox yüksək məbləğdə gəlir bütünlüklə xeyriyyə məqsədlərinə sərf olunur.
Cavid iki şəhərdə - Londonda və Kembricdə keçirilən yarışların iştirakçısı olub və 70 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Universal döyüş növü ilə məşğul olarkən əldə etdiyi boks bacarıqları ona bütün rəqiblərindən üstün olmaq və hər iki şəhərdə öz çəki dərəcəsində birinci yeri turmaq imkanı verib. Beləliklə, Cavid Avdullayev İngiltərədə keçirilən boks üzrə populyar “Şəhər kuboku” yarışlarında çempionluğa yüksələn ilk azərbaycanlı olub. Bu, həm də təhsil aldığı ölkənin ictimai həyatında gənc soyadışımızın fəal iştirakının göstəricisi, bütün dünyada rəğbətlə qarşılanan humanizm və xeyriyyəçiliyə onun ilk töhfəsi kimi dəyərləndirilməlidir.
Cavid layiq olduğu rəmzi mükafatı – kuboku alarkən iynində üçrəngli Azərbaycan bayrağı olub: vətənə sevgi, dövlətçiliyə ehtiram əlaməti kimi...
O, çox gəncdir – hələ qarşıda xalqına, vətəninə, dövlətinə daha böyük xidmətlər göstərmək fürsəti olacaqdır. Xaricdə təhsilini başa çatdırdıqdan sonra Azərbaycana dönmək, dünyanın ən nüfuzlu təhsil müəssisələrində qazandığı bilik və bacarıqları burada ölkəmizin inkişafına yöndəltmək arzusundadır. Xalqımızın və dövlətimizin gələcəyi məhz belə gənclərlə bağlıdır. Onlar hər zaman bayrağımızı qürurla dalğalandırcaqlar.
Uğur olsun, Cavid! 

Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi