İnternetdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə bağlı kütləvi narazılığa səbəb olmuş video yayılıb.
Qol.az xəbər verir ki, video Meksikada “Dorados” klubunda işlədiyi vaxt (2018/19 mövsümündə) çəkilib. Orada görünür ki, Maradona tribunada olan uşaqlara yaxınlaşaraq onlara avtoqraf verir. Bu zaman onların sabiq futbolçuya sevgidən irəli gələrək “Dieqo, Dieqo” çağırışına sonuncu kobudcasına cavab verir.
Maradona onlara deyir: “Baxın, sizə bir şey deyəcəyəm. Əgər yenə də “Dieqo” deyib qışqırsanız, çıxıb gedəcəyəm. Başa düşdünüz? Başa düşdünüz? Mən sizə hörmət edirəm və tələb edirəm ki, siz də mənə hörmət edəsiniz. Daha heç nə deməyəcəyəm. Əgər siz bir də “Dieqo, Dieqo, Dieqo” qışqırsanız, gedəcəyəm. Bu, mənim üçün problem deyil”.
Qəlbi qırılan uşaqlar Maradonanın bu tələbini yerinə yetirirlər. Uşaqlardan biri sonradan yenə “Maradona” deyib qışqıranda isə digəri “Ssss...” deyərək onu sakitləşdirməyə çağırıb.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi