Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilən "Bayer" (Leverkuzen) - "Yuventus" oyunundan sonra maraqlı hadisə baş verib.
Qol.az xəbər verir ki, matç bitən kimi meydana daxil olan bir azarkeş Turin klubunun futbolçusu Ronaldonun yanına qaçaraq, onunla şəkil çəkdirmək istəyib. Ancaq fanatın onu qəfildən boynundan tutaraq özünə tərəf dartması portuqaliyalı hücumçunu əsəbiləşdirib. Həmin şəxslə şəkil çəkdirməyən 34 yaşlı oyunçu narazı halda əllərini yelləyib və azarkeşə qışqırıb. Bundan sonra təhlükəsizlik işçiləri fanatı meydançadan uzaqlaşdırıblar.
Qeyd edək ki, "Yuventus"un 2:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birini Ronaldo vurub.
Xatırladaq ki, Portuqaliya millisinin üzvü çox vaxt onunla şəkil çəkdirmək istəyən azarkeşlərin istəyini yerinə yetirir.
"Benfika"da ayrılıq
Mitroviç klubunu dəyişdi
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur
"Mançester Siti"nin yetirməsi bu kluba keçdi
"İmişli" doğma bölgəsinə səfər etdi - Şəkillər
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiya millisinin baş məşqçisi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
"Napoli"dən 1 mövsümlük ayrıldı
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
Hacinin oğlu Superliqa klubunda