Bakayoko forma nömrəsini unutdu - Video

Bakayoko forma nömrəsini unutdu -  Video
VİDEO 9 Dekabr 2019 / 17:05 3758
-  A +

Fransa Liqasının son turunda keçirilən "Monako" - "Amiens" matçında (3:0) maraqlı anlar yaşanıb.

Qol.az xəbər verir ki, görüşün 81-ci dəqiqəsində “Monako”nun  oyunçu dəyişikliyi zamanı hakim tablosunda 14 nömrəli futbolçunun meydandan çıxmalı olduğu göstərilib.

Timue Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançadan çıxmağa cəhd göstərib. Yalnız 4-cü hakimin xəbərdarlığı ilə o, səhvini başa düşərək meydana qayıdıb.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi 2014-2017 illərdə "Monako"da 14 nömrəli formada çıxış edib. Hazırda icarə əsasında Fransa klubunda oynayan 25 yaşlı futbolçu 6 nömrəli formanı geyinir.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı