Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir

Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir
DÜNYA FUTBOLU 2 Dekabr 2019 / 19:48 6644
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək.

Qol.az-ın Fransa mətbuatına isitnadən yaydığı xəbərə görə, finalçılardan biri olan portuqaliyalı hücumçu tədbirin keçiriləcəyi Parisə getməyib. Ronaldonun bu gün Milandakı qala gecələrindən birində olacağı bildirilib. Onun həmin mərasimdə mükafat alacağı gözlənilir.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı