"Düdelanj" Bakıya qələbə ilə gəlir

"Düdelanj" Bakıya qələbə ilə gəlir
XƏBƏR 2 Dekabr 2019 / 11:50 1527
-  A +

Lüksemburq çempionatında 13-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” səfərdə “Ettelbrük”lə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

13 oyuna 20 xal toplayan “Düdelanj” hazırda 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Düdelanj”la “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də Lüksemburqda olub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.
 

Daha çox


Son xəbərlər
07.12.19  20:08

Sadio Mane 1-ci oldu