Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.
Qol.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı sərbəst güləş yığmasının üzvləri təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.
Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi 2 iştirakçı olduğundan, bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) II Avropa Oyunlarının finalında məğlub etdiyi gürcüstanlı Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçi ertəsi gün Rusiya və dünya yığmasının qarşılaşmasında iştirak hüququ əldə edib.
Hacımurad Hacıyev (74 kq) ilk görüşdə gürcüstanlı Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Lakin yığma üzvləri bürünc medal əldə edib. Axşam seansında Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.
Ötən gün həlledici qarşılaşmalar baş tutub. Əliyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. O, son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. Edişeraşvili yerli Ramiz Həmzətova (4:7), Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) yenilib.
UEFA cəzanı azaltdı
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı
FİFA-nın ilk Sülh Mükafatı Donald Trampa təqdim edildi
"Barselona" Alvaresi transfer etməkdən imtina etdi
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Misli Premyer Liqasında 14-cü turun hakimləri açıqlandı
“Qalatasaray”dan Metehan Baltacıya qarşı sərt addım
UEFA Ukrayna Futbol Assosiasiyasını cərimələdi
Moldova klubu baş məşqçisi ilə yollarını ayırdı
“Fənərbaxça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq
AFFA ilə PFF arasında Anlaşma Memorandumu imzalandı
“Bavariya”nın futbolçusu yaşıl meydanlara geri dönür
“Napoli” “Yuventus”la oyuna itki ilə çıxacaq
FİFA Trampı mükafatlandıracaq
“Fənərbaxça” onunla vidalaşmaq istəyir
"Arsenal" əkiz qardaşları transfer etdi
"Barselona" Qarsiya ilə müqaviləni uzatdı - Rəsmi
Azərbaycanda ayın ən yaxşı qollarının müəllifləri məlum oldu
Uqo Llorislə yeni müqavilə imzaladılar
"Titul qazanmağı kim istəməz ki?" - “Sumqayıt”ın Yankoviçi
Duşan Vlahoviç əməliyyat olundu
“Milan” kolumbiyalı müdafiəçi ilə razılaşdı
Balakişi Qasımov yenidən federasiya prezidenti seçildi
Laporta: "Real" gücü, "Barselona" isə azadlığı təmsil edir"