"Mənə yeni futbolçu lazım deyil" - Mourinyo

"Mənə yeni futbolçu lazım deyil" -  Mourinyo
DÜNYA FUTBOLU 21 Noyabr 2019 / 21:11 4735
-  A +

“Biz bu il Premyer Liqanın qalibi ola bilmərik. Demirəm gələn il çempion olacağıq, ancaq bunu edə bilərik”.

Qol.az xəbər verir ki, bu sözləri “Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyo “Sky Sports”a açıqlamasında deyib.

Heyətlə bağlı danışan portuqaliyalı mütəxəssis yeni transferə ehtiyac olmadığını bildirib: “Ən yaxşı hədiyyə hazırda ixtiyarımda olan futbolçulardır. Yeniləri mənə lazım deyil. Mənə hazırda sadəcə, bu oyunçuları yaxşı tanımaq lazımdır. Təbii ki, onların hər birini yaxşı tanıyıram. Lakin bu tanışlıq onları daha yaxından tanıyana qədər yetərli olmaya bilir”.

Qeyd edək ki, London klubu hazırda 14 xalla 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı