“Hesabda geri olan komandanın paltardəyişmə otağında futbolçular arasında söhbətlərin emosional olması təbii haldır. Bu, futbola xas durumdur”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Trnavada Slovakiya yığması ilə oyunun fasiləsində millimizin futbolçuları arasında dava olması ilə bağlı iddialara cavab verərəkən deyib.
Federasiya rəsmisinin sözlərinə görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektivin 0:2 hesabı ilə uduzduğu hər iki matçda yığma üzvləri arasında hansısa davadan söhbət gedə bilməz: “Belə bir şey olmayıb. Ola bilər ki, biri digərinə hansısa iradını çox emosional şəkildə bildirib və eyni formada da cavab alıb. Bu cür məsələləri dava kimi qələmə vermək düzgün deyil”.
O, Slovakiya yığması ilə görüşün 10-cu dəqiqəsində rəqibin kapitanı Marek Hamşiklə mübahisə edib ona barmaq silkələyən Eddi İsrafilovun fasilədə Ramil Şeydayevlə dalaşdığı və bu üzdən Elvin Camalovla əvəzlədiyi yönündə çıxan xəbərlərin doğru olmadığını vurğulayıb: “Bizdə millinin düşərgəsində futbolçular arasında hansısa davanın olması barədə məlumat yoxdur. Oyundan sonra da baş məşqçi Nikola Yurçeviç Eddi İsrafilovu hansı səbəbədən əvəzlədiyi barədə danışıb. Bildirib ki, İsrafilovu çox emosional olduğuna, hisslərini cilovlaya bilmədiyinə görə əvəzləməli olub”. (Report)
Poqba yenidən zədələnib
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi
“İmişli”nin şikayəti təmin edilmədi
Pedro karyerasının sonuna yaxınlaşır
“Barselona” və “Real” bu hücumçunu transfer edə bilər
"Barselona" "Kamp Nou"ya qayıdış vaxtını açıqladı
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
"Qarabağ" - "İmişli": Heyətlər açıqlandı
Qəbələdə kütləvi futbol festivalı keçirildi
Spaletti "Yuventus" tarixinin ən yaşlısı oldu