Valverdenin yerinə Poçettino?

Valverdenin yerinə Poçettino?
DÜNYA FUTBOLU 21 Noyabr 2019 / 12:27 6369
-  A +

"Tottenhem"dən ayrılan Maurisio Poçettino ilə maraqlanan klublar sırasına daha bir Avropa nəhəngi qatılıb.

Qol.az "The Sun"a istinadən yaydığı xəbərə görə, "Bavariya"dan sonra "Barselona" da argentinalı mütəxəssislə maraqlanır. Kataloniya klubunun istefaya göndərmək istədiyi baş məşqçi Ernesto Valverdenin yerini Poçettino ilə doldurmaq istədiyi bildirilib.

Qeyd edək ki,  Poçettino 2014-cü ildən çalışdırdığı "Tottenhem"dən bir neçə gün əvvəl ayrılıb.


Son xəbərlər