“Jalgiris”in futbolçusu «Xəzər-Lənkəran»da

XƏBƏR 26 Yanvar 2009 / 18:39 2597
-  A +

Dünən gecə saatlarda “Xəzər Lənkəran” düşərgəsinə daha bir əcnəbi futbolçu qoşulub. Qol.Az-ın məlumatına görə, İqor Ponomaryov Litvanın “Jalgiris” klubunun hücumçusu Nerijus Vasiliauskası sınamaq üçün komkandanın düşəərgəsinə dəvət edib. 32 yaşı iyunda tamam olacaq Vasiliauskas yarımmüdafiənin hər iki cinahında da oynamaq qabiliyyətinə malikdir. 1.82 sm boyu olan futbolçu bir il öncəyə kimi Ukrayna “Tavriya”sının heyətində legioner həyatı yaşayıb. Lakin gənc olduğundan Simferopol klubunun heyətində möhkəmlənə bilməyib və “Jalgiris”ə dönüb. Bu dəfə Vasiliauskas şansını “Xəzər Lənkəran”da sınamaq qərarını verib.
Xatırladaq ki, Nerijusla yanaşı komandanın düşərgəsində daha bir baxışda olan futbolçu var. İsveç vətəndaşı olan Nadir Bençenanın komandada saxlanılıb-saxlanılmayacağına “Xəzər Lənkəran” Antalyadan döndükdən sonra qərar veriləcək. 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi