Azəbaycan milli komandası tarixinin ən pis göstəricisini təkrarlamağa yaxındır.
Qol.az xəbər verir ki, “Avro-2020”nin qrup mərhələsinin son turunda millimiz noyabrın 19-u Slovakiya ilə səfər matçında da uduzsa, qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vuracaq. Bu halda “Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan millimizin antirekordu təkrarlanmış olacaq.
Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilə ilk dəfə beynəlxalq turnirə qatılırdı. Ölkədə, həm də futbolda iqtisadi vəziyyətin çox ağır durumda olduğu həmin dönəmdə belə göstərici hardasa başa düşülən idi. Həmin vaxtdan 24 il ötüb.
İndi Azərbaycan artıq siyasi və iqtisadi baxımdan çox güclənib. Bunun nəticəsidir ki, dövlət səviyyəsində futbolun inkişafına da diqqət yetirilir. Bu məqsədlə SOCAR-dan milli federasiyaya hər il 20 milyondan çox sponsorluq vəsaiti ayrılır. Amma milli komandamız uğurlu nəticələr göstərmək əvəzinə yenə də geriləyir. Bu mənada, komandamızın 7 oyundan cəmi 1 xal qazanması haqlı olaraq təəccüb və təəssüf doğurur. Hər il futbola dövlət tərəfindən bu qədər dəstək göstərildiyi halda futbol federasiyasının yarıtmaz idarəçiliyi ona gətirib çıxarıb ki, bizim milli yenə də tarixinin ən pis dövrünə qayıtmalı olub. Niyə? AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov ictimaiyyət qarşısına çıxıb bu və bu kimi digər suallara cavab vermək əvəzinə isə hər dəfə müxtəlif bəhanələrlə jurnalistlərdən qaçır....
Xatırladaq ki, dünən milli komandamızın Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqdan sonra qrupu ən yaxşı halda 4, ən pis halda isə 1 xalla başa vuracacağı qətiləşib. Bunun üçün isə biz Slovakiya ilə qarşıdakı matçı gözləməliyik. Əlavə edək ki, Slovakiyanın “Avro-2020”nin final mərhələsinə düşmək şansı hələ də qalır. Bunun üçün qarşıdakı görüşdə onlara mütləq qələbə lazımdır.
Bəli, slovaklar final mərhələlərinə bəlkə də düşəcəklər də. Biz isə son 24 ildə olduğu kimi, belə böyük yarışları yenə kənardan izləməli olacaq və başqa komandalara azarkeşlik etmək məcburiyyətində qalacağıq.
Milli komandamızın beynəlxalq turnirlərdə yığdığı xallar:
AÇ-96 – 1 xal
DÇ-1998 – 3 xal
AÇ-2000 – 4 xal
DÇ-2002 - 5 xal
AÇ-2004 – 4 xal
DÇ-2006 – 3 xal
AÇ-2008 – 5 xal
DÇ-2010 – 5 xal
AÇ-2012 – 7 xal
DÇ-2014 – 7 xal
AÇ-2016 – 6 xal
DÇ-2018 – 10 xal
AÇ-2020 – ?
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı