Azərbaycan millisinin üzvü Qara Qarayev Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda evdə Uels yığmasına 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Əlimizdən gələni edib, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Amma düşünürəm ki, oyuna pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi geriyə saldı. Xüsusilə ilk hissə yaxşı oldu, hücumlara çıxa bildik. Hətta, mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu. Onu da hakim vermədi. İlk hissənin 2:0 hesabı ilə bitməsi bizim motivasiyamızı aşağı saldı. Bəlkə, fasiləyə 1:0 hesabı ilə yollansaydıq, 2-ci hissədə hücumlarda daha aktiv olacaqdıq.
- Sanki əvvəlki 2-3 görüşdəki oyun keyfiyyəti bu gün yox idi.
- Birinci hissədə lazımı qədər yaxşı oynadıq. Hücumlara çıxdıq, cərimə meydançasında təhlükəli vəziyyət yaratdıq. Sizin dediyinizə haqq qazandırıram ki, ikinci yarıda aktiv ola bilmədik.
- Birinci hissədə hakim penatli qeydə alsaydı və hesab 1:2 olsaydı, ikinci hissə necə olacaqdı?
- Necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı. Hesabın 2:0 olması oyunumuzu hər dəqiqə daha da aşağı salırdı.
- Düşünürmüsən ki, Kardiffdəki oyunda daha layiqli mübarizə göstərmişdiniz, nəinki burada?
- Xüsusilə qeyd etmək istəyirəm ki, nəticə baxımından biz orada 1:0 geri düşdüyümüzdən sonra cavab qolunu vurduq. Amma burada hesabın 2:0 olması bütün planlarımızı pozdu. Hesab 1:0 olanda, 1 top fərqi olanda daha mübariz oynayırıq.
- Hakimin penalti qeydə almadığı epizodda həqiqətən də qayda pozuntusu vardı. Amma ikinci hissədə ümumiyyətlə, ötürmələr də alınmırdı. Bunlar motivasiyanın düşməsi ilə əlaqədar idi?
- Bəhanələr gətirmək istəmirəm. İkinci hissədə sözsüz ki, komandada yorğunluq da vardı. Uels yığması daha çox topla oynayıb, bizi yordu. Əlaqələndirmək istəmirəm, amma hər halda 1:0 hesabı bizim üçün daha yaxşıdır, nəinki 2:0. Çünki fərq 1 top olanda nə isə qazanmaq şansın olur.
- VAR sistemi olsaydı, millimizim qrupdakı nəticəsi yenə də 1 xal olardı?
- Ən azından bu gün 1 yox, 2 xalımız olardı.
- Son 25 illik statistikaya baxsaq, Azərbaycan yığması heç vaxt bu seçmə mərhələdəki kimi aşağı nəticə göstərməmişdi.
- Son 25 ildə millimiz belə bir qrupa düşməyib.
- Bundan daha güclü- Almaniyanın, Rusiyanın olduğu qruplarda daha çox xal qazanmışıq. Rusiyaya 2 oyunda uduzmamışdıq.
- Neçə xal topladığımızı xatırlamıram. Amma bu qrup çox güclüdür.
- Maraqlıdır, Azərbaycanı futbol tərəfdən Avropanın və ya Asiyanın hansı ölkəsi ilə müqayisə edə bilərik? Yəni, elə bir ölkə var?
- Mən həmişə İspaniya ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı ölkə ilə müqayisə etdiyinizi bilmirəm.
- Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?
- İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.
"İnter" hücumçu aldı
O pulu ailəsi alacaq
Hara gedirsən, Benzia?
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir