“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır" - Pantiç

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır" - <b style="color:red"> Pantiç</b>
XƏBƏR 11 Noyabr 2019 / 13:32 5075
-  A +

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Mən orada çalışanda yüksək liqada 10 komanda var idi. İndi 8 komanda qalıb. Bu, çox azdır”.

Qol.az xəbər verir ki, bu sözləri  “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç Rusiyanın “İzevstiya” nəşrinə müsahibəsində deyib.

Serbiyalı mütəxəssis işlədiyi mövsümlə müqayisədə hazırda Azərbaycan Premyer Liqasının çox zəiflədiyini bildirib: “Çempionatda rəqabət yoxdur. Mən Azərbaycanda işləyəndə  güclü legionerlər var idi. İndi demək olar ki, qalmayıblar. “Qarabağ” digərlərindən bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl məhz bu komandanın turnirin qalibi olacağını əminliklə söyləmək olar. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. Hətta “Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdur”.

Qeyd edək ki, Pantiç 2013/2014 mövsümündə “Bakı”nı çalışdırıb.
 

Daha çox


Son xəbərlər
15.12.19  12:35

“Çelsi”dən gedir

15.12.19  00:45

Salahın dublu - Video