“Sabah” klubu ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsi bağlanıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “Sabah”ın akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Bu il “Maxi.az” şirkəti müxtəlif sahələri əhatə edən sosial layihələrə başlayıb.
Bu layihələr kimsəsiz və yardıma möhtac uşaqların qayğısına qalmaq, sahibsiz heyvanlara yardım, xəstələrə könüllü donorluq, vətənpərvərlik hissinin gücləndirilməsi, həmçinin Vətən uğrunda fədəkarlıq etmiş qəhrəmanların təbliğini əhatə edib.
“Maxi.az” şirkətinin direktoru İlkin Qasımov “Sabah”la əməkdaşlığın “Maxi.az” komandasının bu istiqamətdə fəaliyyətinin məntiqi davamı olduğunu bildirib:
“Bu əməkdaşlıqda əsas diqqət uşaq futbol akademiyasına yönələcək. İdmanın istənilən sahəsində, həmçinin futbolda gənc kadrların hazırlanması ən mühüm məsələlərdən biridir. Hesab edirik ki, gənc kadrların hazırlanması ölkəni təmsil edən hər bir futbol klubunun gələcək müvəffəqiyyətlərinin təməlini təşkil edir. “Maxi.az” ölkə futbolunun inkişafına dəstək vermək, həmçinin böyük kütləni əhatə edən futbol vasitəsilə sosial layihələrini daha da genişləndirmək məqsədilə “Sabah” FK ilə əməkdaşlığa başlayır.”
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov isə uşaq futboluna edilən yatırımların əhəmiyyətindən bəhs edib: “Futbolun inkişafı uşaq futbolundan başlayır. “Sabah” da yarandığı ilk gündən uşaq futbolunun inkişafı üçün çalışıb. Bizim əsas missiyamız futbol akademiyamızı müasir standartlara uyğun hala gətirmək və gələcəkdə ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bir müddət öncə Xorvatiyanın ən böyük futbol akademiyasına malik, dünya futboluna bir çox istedadlar bəxş etmiş “Dinamo Zaqreb”lə əməkdaşlıq müqaviləsinin bağlanması da məhz bu məqsəd uğrunda atılmış növbəti addımdır. Müasir dövrdə futbolun inkişafı sponsorlar olmadan mümkün deyil. Hazırda “Sabah” öz sahəsində tanınmış bir neçə şirkətlə əməkdaşlıq edir. Artıq bu tərəfdaşlarımızın arasına yeni biri də əlavə olunur. İnanıram ki, bu əməkdaşlıq ölkədə uşaq futbolunun inkişafında yeni təkan olacaq. Bu yolda bizə dəstək olan “Maxi.az”-a öz təşəkkürümüzü bildiririk.”
Qeyd edək ki, müqavilənin müddəti 2019/20-ci il futbol mövsümünü əhatə edəcək.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı