APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 5 Noyabr 2019 / 09:47 3804
-  A +

APOEL-in iki futbolçusu Tomas de Vinsenti və Roman Bezyak Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyununu buraxacaq.

Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onların zədədən bərpa prosesinin davam etməsidir.

Komandanın digər zədəli futbolçusu Antonio Yakoliş isə tam sağalıb. O, baş məşqçi Tomas Doll şans verəcəyi təqdirdə, Ağdam klubuna qarşı oynayacaq.

Qeyd edək ki, noyabrın 7-i keçiriləcək APOEL – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Daha çox


Son xəbərlər