"Daha irəli getməyə çalışacağıq" - "Sabah"ın məşqçisi

"Daha irəli getməyə çalışacağıq" -  "Sabah"ın məşqçisi
ÖLKƏ FUTBOLU 3 Noyabr 2019 / 21:02 2574
-  A +

“Komanda adından bütün azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularlımıza da minnətdarıq. Çalışacağıq ki, daha da irəli gedək".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Bizdə oyun təcrübəsi sarıdan korluq çəkən futbolçularımız var. Bununla belə, bacardıqları oyunu nümayiş etdirdilər. Bizdə bəxt amili hardasa çatmır. İstəkli, əzmkar oynadıq. Əzmkar qələbə qazandıq. Çalışacağıq ki, bunu davam etdirək. Hakimliklə bağlı heç bir problemimiz, iradımız yoxdur. Emosiyadır, oyunda olur”

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"