"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə oyunundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə heç-heçəni şərh edib.
- Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmurdu. Bu, komandamız üçün çox faydalı olacaq.
- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa yorğunluq oldu?
- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdur. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Bu da başadüşüləndir. Yorğunluq olanda hissiyat zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, komandadan razı qaldım.
- Xaymenin zədəsi nə yerdədir?
- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. “18-liy”ə daxil edəcəyik.
- Mahir son dəqiqələrdə zədələndi. Vəziyyəti necədir?
- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidir. Sabah tam bilinəcək.
- APOEL-də yenidən baş məşqçi dəyişikliyi ola bilər...
- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz performansımızdır. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır perioddayıq. Dəyişiklik olsa da, olmasa da ciddi hazırlaşacağıq.
Titedən mühüm qərar
“Qarabağ”dan yeni rekord
19-cu finalçı
"Finalda hər şey ola bilər" - Berezutski
"Qırılmış ümidlərə görə üzr istəyirik" - Samir Abasov
"Sabah" bunu ilk dəfə bacardı - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Real" və iki İngiltərə nəhəngi onunla maraqlanır
"Qarabağ" finala belə yüksəldi - Video
"Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır" - Elmar Baxşıyev
"Füzuli", "Şimal" və "Kür-Araz"dan qələbə
Azərbaycan cüdoçusu bürünc medal qazandı - Avropa çempionatı
"Sabah" - "Neftçi": Heyətlər
"Barselona" Fliklə razılığa gəldi
Fabreqas yeni klubu çalışdıracaq?
"Zaqatala” – “İmişli” matçının hakimləri məlum oldu
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər
AFFA rəsmiləri UEFA-nın tədbirində
Azərbaycanda bu komandalara texniki məğlubiyyət verildi
Yunanıstan Superliqasında ilk dəfə: türkiyəli hakim
La Liqa prezidenti Premyer Liqanı tənqid etdi
Flik: "Ançelotti əsl centlmendir"
Ermənistan Azərbaycandakı MDB oyunlarında iştirak edəcəkmi?
III MDB Oyunlarının maskotları müəyyənləşdi
Mahir Emreli: "Bu, cəhənnəmə bənzəyirdi"
"Neftçi"nin futbolçusu əməliyyat olundu
PSJ-dən TOP-5 liqaların rekordu
Vinisius futboldan uzaqlaşdırıla bilər
"Barselona"ya qələbə qazandıran qol - Video