Kamal Mirzəyev Küveytdə qol hesabını açdı - Video

Kamal Mirzəyev Küveytdə qol hesabını  açdı -  Video
VİDEO 1 Noyabr 2019 / 13:10 4235
-  A +

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveyt klubunda qol hesabını açıb.

Qol.az xəbər verir ki, "Əl-Salmiyə"də çıxış edən 24 yaşlı yarımmüdafiəçi çempionatın 5-ci turunda "Əl-Tadamon" ilə görüşdə rəqib qapısına yol tapıb. 90 dəqiqə meydanda olan Kamal matçın 82-ci dəqiqəsində - hesab 1:1 olarkən fərqlənib.

"Əl-Salmiyə" 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mirzəyev bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı