"Qəbələ"nin sabiq futbolçusu, hazırda Rumıniyanın "Universitatya Kluj" klubunda çıxış edən George Floresku Rusiya mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, Moskva "Dinamo"sunun sabiq üzvü "Qəbələ"dəki çıxışından sonra yaxşı təkliflər almadığını bildirib:
"Qəbələ"dən sonra Rusiyaya qayıtmağa çalışmadım. Çünki həmin vaxt bu, çox çətin idi. Artıq qoca sayılırdım. Azərbaycana gedəndə 30 yaşım var idi. "Qəbələ"dəki çıxışımdan sonra Rusiyadan təəssüf ki, zənglər gəlmədi. Azərbaycandan sonra Kiprə getdim. Orada tamamilə fərqli çempionat və fərqli səviyyə var idi".
Qeyd edək ki, 2015-ci ilin yayında "Qəbələ"yə keçən George Floresku 6 aydan sonra klubdan ayrılıb.
Ter Ştegen qayıtdı
“Milan”dan əzmkar qələbə
“Qalatasaray” sabiq futbolçusuna göz dikdi
"Sabah" "Neftçi"yə qalib gəldi
“Şəki Siti”nin evdə qələbəsi - Video
“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər
Yuri Vernidub “Neftçi”nin “Sabah”la matçını izləyir
“Real” Alonsonu onunla əvəzləməyə hazırlaşır