“Oyundan dərhal sonra stadionu tərk edərək hava limanına getdik. Səhər 05:00-da Kiprə çatdıq. Yorğun yolçuluq oldu. Ancaq təqvimimiz belədir və buna uyğunlaşmalıyıq. Bakıdakı nəticə bizim üçün önəmli idi. Çünki ümidlərimiz qalır və şansları ayağımıza gətiririk".
Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in nümayəndəsi Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyundan (2:2) sonra Kipr mətbuatına deyib.
"Ssenarilər var, amma reallığı görməliyik. Bəziləri “Sevilya”nın APOEL-lə oyuna qədər növbəti mərhələyə vəsiqəni təmin edəcəyini düşünür. Gerçək budur ki, “Sevilya” növbəti mərhələyə yüksələ bilər və “Qarabağ”la oyuna laqeyd yanaşa bilər. Amma ssenariləri müzakirə etməyi xoşlamıram. Bizim üçün hazırda ən önəmli oyun "Qarabağ"la evdəki görüşümüzdür. “Düdelanj”a uduzmuşduq. Başqa məğlubiyyətə haqqımız yoxdur” - deyə o bildirib.
N.Petevinos Musa Əl-Tamarinin intizamsız hərəkətinə görə “Qarabağ”a qarşı oynamadığını təsdiqləyib. Bildirib ki, 22 yaşlı yarımmüdafiəçi oteldə komandanın toplantısına gec gəldiyi üçün cəzalandırılıb.
APOEL rəsmisi klubdan gözləntilərin hər zaman yüksək olduğunu vurğulayıb: "Burada pis nəticələrə dözümlülük aşağıdır. Ardıcıl qələbələr qazanan və yaxşı futbol oynayan komandanın olmasını istəyirik. Həqiqət budur ki, hazırkı vəziyyət bizi qane etmir. Ancaq çempionatdakı nəticələrdən razıyıq. Ötən gün 30 min azarkeşin dəstəklədiyi stadionda çətin oyun keçirdik. Belə atmosferi Kiprdə son iki ildə cəmi bir dəfə görmüşük. Bunu ona görə deyirəm ki, azarkeşlər bizi istədiyimiz yerlərə apara bilər. Hər kəs komandaya kömək etməyə çalışmalıdır".
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026