“Xəzər-Lənkəran” U-19-a necə kömək etdi?

XƏBƏR 26 Yanvar 2009 / 14:04 2771
-  A +

Bu yaxınlarda Sankt-Peterburq şəhərində beynalxaq turnirdə iştirak edən U-19 millimizin bu yarışa dəvət almasında “Xəzər-Lənkəran”ın da böyük köməyi olub. Bu barədə Qol.Az-a “XL”in sabiq baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib: “Çoxu deyir ki, “Birlik kuboku” bizə lazım deyil. Amma mən əksini düşünürəm. Çünki bizim kimi futbolu zəif inkişaf etmiş ölkələrin bu tip turnirlərdə oynaması və onun qalibi adını qazanması böyük prestijdir. Bu yaxınlarda U-19-un baş məşqçisi Yaşar Vahabzadə ilə söhbət edirdim və o, mənə dedi ki, U-19-un Sankt-Peterburq şəhərinə beynəlxalq turnirə dəvət almasında “Xəzər-Lənkəran”ın “Birlik kuboku”nu qazanmasının böyük təsiri olub. Məhz bizim keçən il bu uğurun qazanmağımız futbolumuzun da reytinqini artırdı və nəticədə adıçəkilən turnirin təşkilatçıları olan ruslar iştirakçıları müəyyənləşdirərkən Azərbaycanı da ön sıraya yazdılar”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi