FİFA-dan icarə transferinə məhdudiyyət

FİFA-dan icarə transferinə məhdudiyyət
DÜNYA FUTBOLU 24 Oktyabr 2019 / 13:23 2875
-  A +

Yeniliklər 2021/22 mövsümündən başlayaraq qüvvəyə minəcək.

Məhdudiyyət 22 yaşdan aşağı futbolçuların, həmçinin onlardan böyüklərin ölkə xaricinə keçidlərinə şamil ediləcək. Hər klub 8 belə futbolçunu icarəyə verə və ya götürə bilər.

2022/23 mövsümündən şərtlər daha da sərtləşəcək. Hər kluba 6 icarə haqqı veriləcək. Üstəlik, iki komanda arasında maksimum 3 icarə əsaslı keçid mümkün olacaq.

Bundan başqa, futbol agentlərinin qazancına da məhdudiyyət qoyulub. Onlar transferdən maksimum 10, mükafatlardan 3 faiz ala biləcəklər.


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"