"Araz"ın 4 futzalçısına viza verilmədi

"Araz"ın 4 futzalçısına viza verilmədi
XƏBƏR 9 Oktyabr 2019 / 09:55 1940
-  A +

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” bu gün ilk oyununu keçirəcək.

Qol.az xəbər verir ki, təmsilçimiz Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.
 
Joze Alesionun çalışdırdığı komandamız oyuna itkilərlə çıxacaq. İranlı oyunçular Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, Belçikaya səfər edə bilməyib. Buna görə də "Araz" 8 futzalçı ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Son xəbərlər