Erməni fanatlar "Qarabağ" azarkeşlərinə hücum edib

Erməni fanatlar "Qarabağ" azarkeşlərinə hücum edib
XƏBƏR 4 Oktyabr 2019 / 12:39 7838
-  A +

Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda (1:4) təxribat törədən ermənilər matçdan sonra azərbaycanlı azarkeşlərə hücum ediblər.

Bu barədə Qol.az-a "Qarabağ" azarkeşlərindən biri məlumat verib. O, hücum edən ermənilərin məhz separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını dronla stadiona gətirənlər olduğunu deyib:

"Oyundan sonra bir qrup erməni əllərində dəmir parçası ilə bizə hücum etdi. Polis çağırdıq, lakin heç bir tədbir görmədilər. Təəssüf ki, işə baxacaqlarını dedilər. Həmin ermənilər dronu özlərinin stadiona daxil etdiklərini dedilər. Təsadüfən onların şəkillərini başqa bir səhifədən tapdıq. Sabah bu barədə polisə ələvə məlumat verəcəyik".


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda