Fransanın “Nitsa” klubu gənc futbolçusu Lamine Diabi ilə müqaviləni ləğv edib.
Qol.az xəbər verir ki, bu bardə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçunun klubdan qovulmasına bir müddət əvvəl komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlaması səbəb olub.
Bir neçə gün əvvəl saatı oğurladığını etiraf edən və onu Dolberqə qaytaran Diabi daha əvvəl də intizamsızlığı ilə yadda qalıb.
Qeyd edək ki, Lamine "Nitsa”nın öz yetirməsidir.
Ter Ştegen qayıtdı
“Milan”dan əzmkar qələbə
“Qalatasaray” sabiq futbolçusuna göz dikdi
"Sabah" "Neftçi"yə qalib gəldi
“Şəki Siti”nin evdə qələbəsi - Video
“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər
Yuri Vernidub “Neftçi”nin “Sabah”la matçını izləyir
“Real” Alonsonu onunla əvəzləməyə hazırlaşır