"Çətin oyun oldu. "Səbail" yaxşı təşkilatlanmış komandadır. Əlbəttə, onların əks-hücumlarından ehtiyatlanırdıq".
Bunu "Sabah"ın müvəqqəti baş məşqçisi İqor Ponomaryov Premyer Liqanın VI turunda "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
60 yaşlı mütəxəssisin debüt matçında paytaxt komandası cari mövsümdə ilk qələbəsini qazanıb. O, ilk yarının bir qədər əsəbi alındığını söyləyib: "Prinsipcə, uşaqlar planlaşdırdığımız, məşq etdiyimiz kimi oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk yarı bir qədər əsəbi alındı. İkinci hissədə isə uşaqlar açıldılar və qollar vurdular".
Ponomaryov özünün gəlişindən sonra nəyin dəyişdiyinə dair suala şərh vermək istəməyib: "Bu, mənim tərəfimdən düzgün olmazdı. Elşad Əhmədov yaxşı iş görmüşdü. Komanda qurmuş, məşqlər keçmişdi. Uşaqlar da onun rəhbərliyi altında əllərindən gələni edirdilər".
Təcrübəli mütəxəssis "Sabah"ın daimi baş məşqçisi olmaq ehtimalı barədə bunları deyib: "Necə irəli getmək olar? Gələcəkdə necə olacağını heç kim bilmir. Mən yeni baş məşqçi məsələsində yalnız məsləhət görə bilərəm. Məsləhət görməklə seçmək fərqli məsələlərdir".
Masazırdakı oyunu izləyənlər arasında "Sabah"ın baş məşqçisi postuna namizəd ukraynalı Yuri Vernidub da olub. Ponomaryov bu barədə məlumatının olmadığını bildirib: "Mənim razılaşmam komandaya indiki vəziyyətdə kömək etməkdir. Onun baş məşqçi olub-olmayacağını deyə bilmərəm" (Report).
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər
U-19 millimiz Özbəkistanla qarşılaşacaq
"Araz-Naxçıvan" Naxçıvana gedir
U-21 millimizin də heyəti açıqlandı
Voleybol millimizin rəqibləri bilindi - Avropa çempionatı
"Kopenhagen"ə qol vuracağıma inanırdım" - Emmanuel Addai
III MDB Oyunlarında günün proqramı
"Real"ın növbəti qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Ağlasığmaz təklif
Yaşar Sultanov vəfat edib
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
Azərbaycan cüdoçularından 21 medal - III MDB Oyunları
İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Video
“Traktor” yenə qələbə qazana bilmədi
“Çelsi” “Liverpul”u məğlub etdi - Video
AFFA prezidenti millimizi təbrik etdi
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”