"Qarabağ"ı məğlub edə bilərdik" - Samir Abasov

"Qarabağ"ı məğlub edə bilərdik" - <b style="color:red">Samir Abasov</b>
PREMYER LİQA 23 Sentyabr 2019 / 21:34 3572
-  A +

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”a  1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç haqda danışıb.

- Bir neçə tur idi uduzmurduq və oyuna yaxşı motivasiyada və sırf 3 xal üçün çıxmışdıq. Təəssüf ki, buraxdığımız səhvlər həlledici oldu. Medallar üçün oynayan komandanın müdafiəsində belə səhvlər olmamalıdır. Çox qaçdıq, yaxşı kombinasiyalar qurmağa çalışdıq. Bəzi məqamlardan razı qaldım.

- İkinci hissədə 1:0 hesablı qələbə qazandınız. Birinci hissədə bu, mümkün ola bilərdimi?

- Bəli, ola bilərdi. İlk qolda futbolçumuz talesizlik yaşadı. İkinci qolda da bəxtimiz gətirmədi. Heç vaxt əks-hücum oynamayan “Qarabağ” əks-hücumdan qol vurdu. Müdafiə ilə bağlı səhvlərin üzərində ciddi dayanacağıq və oyunumuzu daha da təkmilləşdirəcəyik.

- Heyətiniz kasaddır və daha bir zədəliniz oldu. Növbəti həftəyə necə çıxacaqsınız?

- Bunu demək istəmədim ki, bəhanə etdiyimi deməsinlər. Bir neçə zədəli oyunçumuz var. Bizdən əvvəl əvəzedicilərimiz oynamışdı, uşaqlar yorğun idilər. Bu gün limitdəki oyunçuya bir şey olsaydı, başımızı tutacaqdıq.

 - Hələ 5-ci turdur. Mövsümün əvvəlində bunu nəzərə almamışdınız?

- Almışdıq. Amma 40 futbolçu götürməli deyilsən ki, birdən 10 nəfər zədələnər. Hazırkı durumumuz bu qədər oyunçu götürməyə imkan verir.

 - Meydana qələbə üçün çıxdığınızı dediniz. Bu “Zirə” “Qarabağ”ı məğlub edə bilərdi?

- Bəli, bugünkü vəziyyətə görə məğlub edə bilərdi. Rəqib ikinci hissədə oturmağa, top itirməyə başladı. Son beş gündə ikinci oyuna çıxmışdılar. Təəssüf ki, buraxdığımız qollar planlarımızı pozdu.

- Nordenin ehtiyatda qalması nə ilə bağlı idi?

- Həftəiçi bu cür çalışmışdıq, Elvinlə işləmişdik. Rəqibin ilk hissədə hücumda çox olacağını bilirdik. Elvini də müdafiəyə kömək etməsi üçün meydana buraxmışdıq. Norde bunu bacarmırdı. Onu ikinci hissədə meydana buraxdıq. Həmişə sən istədiyin kimi olmur.

- Cavid Hüseynovu komandaya götürdüyünüz, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün peşmansınız?

- Cavid “Zirə”yə gələndən sonra milliyə də çağırılıb. Sizin Yurçeviçlə fikirləriniz üst-üstə düşməyib. Bu gün Cavid daxil olmaqla, bəzi oyunçular çox yaxşı idi. Bəzi çatışmazlıqların üzərində daha çox çalışacağıq (sport24.az).

 

Daha çox


Son xəbərlər
13.10.19  21:28

Almeyda zədələndi