"Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm" - Lopeteqi

"Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm" -  Lopeteqi
XƏBƏR 23 Sentyabr 2019 / 10:58 3634
-  A +

“Real”la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Təəssüflənirəm ki, heç olmasa bir xal qazana bilmədik”.

Qol.az xəbər verir ki, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi İspaniya  La Liqasının 5-ci turunda “Real”a qarşı matçdan sonra mətbuat konfransında deyib.

Evdə Madrid klubuna uduzduqları görüşü (0:1) şərh edən təcrübəli mütəxəssis  məğlubiyyətin bir neçə gün əvvəl  Azərbaycana uzaq səfərlə bağlı olmadığını bildirib: “Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla bəhanə gətirmək istəmirəm. Həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik”.

Xatırladaq ki, “Sevilya” Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlmişdi.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı