Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib.
"Topaz" istifadəçilərinin əlindəki biletler Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığından istənilən bilet üzrə uduş təminatı şirkətin fərdi iradəsindən asılı deyil. Bu səbəbdən mərc oyunları qaydalarına əsasən, haqlı uduş sayılan bütün uduşlar mütləq ödənilməlidir və ödəniləcək.
Yaranan texniki problemlərə görə biletlərin avtomatik dəyərləndirilməsi dayandırılıb, lakin "Topaz" əməkdaşları həftəsonu olmasına baxmayaraq fövqəladə rejimdə işləyir və hər bir bileti fərdi qaydada dəyərləndirərək uduşun haqlı şəkildə olduğu halda verilməsinə təminat verir. Şirkət oyunçulara bütün uduşların ödəniləcəyindən əmin olmalarını bildirir.
"Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Həmçinin, qeyd edək ki, "Caspiantech" QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq, müxtəlif idman federasiyalarının xüsusi dəstəkçisidir. Bundan başqa, "Caspiantech" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.
"Yuventus"dan ayrıldı
"Şamaxı"da ayrılıq
"Arsenal"dan "Latiso"ya
Messi bu kluba keçmək istəyir
Azərbaycanın U-21 millisi Belarusa uduzdu
Dünyanın ən yaxşı mərkəz hücumçuları
A seriyası klubunda baş məşqçi istefası
"Səbail"dən "Şamaxı"ya - Rəsmi
"İnter" yarımmüdafiəçi aldı
PSJ Asensioya qiymət qoydu
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
"Milan"ın bombardiri "Mançester Siti"yə keçir
“Şamaxı”nın yay hazırlıq planı açıqlandı
"Fənərbaxça" daha bir futbolçu ilə yolları ayırdı
"Zirə"də ilk ayrılıq
Bellinqemin qardaşı "Borussiya"ya keçir
Millimiz məşqə çıxdı - Şəkillər
UEFA PSJ-ni cərimələyəcək