“Neftçi”nin müdafiəçisi Kirilo Petrov ukraynalı jurnalist Roman Bebexə geniş müsahibə verib.
Qol.az xəbər verir ki, telemüsahibə Bakının mərkəzində - İçərişəhər, Dənizkənarı Milli Park, həmçinin “Neftçi” klubunun bazasında aparılıb. Müsahibədə Petrova Azərbaycanla bağlı fərqli suallar ünvanlanıb. Bu zaman Petrov Xocalı soyqırımına da toxunub.
Petrov bildirib: "Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını - uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.
Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burada rus hesab etmirlər. "Kirilo" çağırırlar.
Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar”.
"Milan"dan yeni transfer
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı
"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı
Asif Məmmədov məşqçiliyə başlayıb
UEFA-dan 1 dəqiqəlik sükut qərarı
"Milan" səfər formasını təqdim etdi - Şəkillər
"Daha iddialı olmağa çalışacağıq" - "Turan Tovuz"un kapitanı
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
Azərbaycan klubu 7 futbolçu ilə yollarını ayırdı
"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - Şəkillər
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın - Təfərrüatları
"Kəpəz"in iki rəqibi açıqlandı
"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu
Falkao klubsuz qaldı
Azərbaycanın millisi Avropa ikincisi oldu
Avropa kubokunda iştirak edəcək cüdoçularımız kimlərdir?