"Barselona"nın futbolçusunun evi qarət olundu

"Barselona"nın futbolçusunun evi qarət olundu
DÜNYA FUTBOLU 16 Sentyabr 2019 / 15:39 1759
-  A +

"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə sentyabrın 14-ü baş verib. Həmin gün Kataloniya klubu La Liqanın 4-cü turunda "Valensiya" ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub.

Hadisə ilə bağlı Umtitinin  qonşuları polisə zəng vurub. Hadisə yerinə gedən polislər boş seyf aşkarlayıblar. Ən azı 4 nəfər qarətdə iştirak etdiyi bildirilir. 

Qeyd edək ki, bundan əvvəl "Barselona"nın futbolçusu Jordi Albanın evi qarət olunub.

 

Daha çox


Son xəbərlər