“Mən Azərbaycanda 2016-cı ildən çıxış edirəm. Əvvəlki klubum “Qəbələ” idi. İki dəfə Çempionlar Liqasında oynamışam. Buradakı həyatımdan razıyam. Bakı əsl Avropa şəhəridir. Mənim klubum isə Avropa Liqasının qrupuna düşüb”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin “Vecernji” nəşrinə müsahibəsində deyib.
Hazırda zədəsi səbəbindən Zaqrebdə bərpa prosesi keçən və noyabrda yaşıl meydana qayıdacağı gözlənilən 28 yaşlı futbolçu Avroliqada Bakıda “Arsenal”a qarşı keçirilən oyunu yada salıb: “Olimpiya stadionundakı həmin matçda 70 minədək azarkeş vardı. Bu, bizim üçün böyük təcrübə idi. Biz 0:3 hesabı ilə uduzduq. Londondakı matçda isə 0:1 hesabə ilə məğlub olduq. Amma onlara yaxşı müqavimət göstərdik”.
Ozobiç “Qarabağ”dakı həmkarları haqda da danışıb: “Komanda yoldaşları çox yaxşı futbolçulardır. Onlar Xorvatiya liqasında da oynaya bilərlər. Xüsusən Riçard Almeyda və Mahir Emreli. Biz dalbadal Avroliqada qrupa düşürük. Bu, yaxşı göstəricidir”.
Ozobiç həmyerlisi, millimizin baş məşqçisi Nikola Yurçeviç barədə də fikirlərini bildirib: “Nikola Bakıda yaşayır və həmişə bizim matçlarda iştirak edir, yerli liqanın oyunlarını izləyir. Çox təəssüf ki, o, hələ seçmə mərhələdə bir xal belə toplaya bilməyib (söhbət dünən keçirilən Azərbaycan – Xorvatiya matçından (1:1) əvvəl olub – red). Amma o, uğura layiqdir. Buna misal olaraq, Uelslə matçı qeyd edə bilərəm. Azərbaycan həmin görüşdə çox yaxşı oynadı və bəxtsizlikdən uduzdu”.
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı
"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı
Asif Məmmədov məşqçiliyə başlayıb
UEFA-dan 1 dəqiqəlik sükut qərarı
"Milan" səfər formasını təqdim etdi - Şəkillər
"Daha iddialı olmağa çalışacağıq" - "Turan Tovuz"un kapitanı
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
Azərbaycan klubu 7 futbolçu ilə yollarını ayırdı
"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - Şəkillər
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın - Təfərrüatları
"Kəpəz"in iki rəqibi açıqlandı
"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu
Falkao klubsuz qaldı
Azərbaycanın millisi Avropa ikincisi oldu
Avropa kubokunda iştirak edəcək cüdoçularımız kimlərdir?
"Mançester Siti" axtardığını tapdı
"Qalatasaray"dan ayrılan Keremin yeni klubu açıqlandı
İmmobile "Beşiktaş"ı bu kluba dəyişdi
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı
Lyakazett də ərəb klubuna keçdi