Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.
Qol.az-ın məlumatına görə, A.Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır. "Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".
Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb: "İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"