Dani Alveşin yeni klubu - rəsmi

Dani Alveşin yeni klubu -  rəsmi
DÜNYA FUTBOLU 2 Avqust 2019 / 10:15 7658
-  A +

Braziliya millisinin üzvü Dani Alveş karyerasını vətənində davam etdirəcək.

Qol.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "San Paulo"ya keçib. Klubun rəsmi saytı onunla 2022-ci ilin dekabrına qədər müqavilə imzalandığını açıqlayıb.

Son olaraq PSJ-də çıxış edən Alveş yeni klubuna azad agent kimi keçib.

Maraqlıdır ki, cinah müdafiəçisi olan Dani "San Paulo"da 10 nömrəli formada çıxış edəcək.

Son xəbərlər