Kovaç Qvardioladan üzr istədi

Kovaç Qvardioladan üzr istədi
DÜNYA FUTBOLU 31 İyul 2019 / 15:20 3539
-  A +

“Bavariya”nın baş məşqçisi Niko Kovaç “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladan üzr istəyib.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, xorvat mütəxəssis "şəhərlilər"in yarımmüdafiəçisi Leroy Sanenin transferi ilə bağlı səsləndirdiyi fikirlərə görə üzrxahlıq edib.

Kovaç əvvəlcə Sanenin transfer olunacağını əminliklə qeyd etsə də, sonradan transfer baş tutmayıb. O, açıqlama verməkdə tələsdiyini etiraf edib: “Mən komandadan üzr istəyirəm. Gələcək çıxışlarımda özümü daha təmkinli aparmağa çalışacağam”.

Kovaç müzakirələrin olduğunu, lakin ortaq məxrəcə gələ bilmədiklərini vurğulayıb: “Biz bu barədə Qvardiola ilə danışdıq. Mən müsahibədə bir qədər sərt çıxış etdim. Lakin Pep ilə görüşərək ondan üzr istədim".


Son xəbərlər