"Arsenal" "Spartak"ın futbolçusunu aldı

"Arsenal" "Spartak"ın futbolçusunu aldı
XƏBƏR 26 İyul 2019 / 17:31 5579
-  A +

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Rusiya "Arsenal"ı yeni transfer edib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tula təmsilçisi "Spartak"dan Aleksandr Lomovitskini heyətinə qatıb. Moskva klubu 21 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə göndərib.

Xatırladaq ki, "Neftçi" "Arsenal"la səfər oyununda 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı isə avqustun 1-də "Bakcell Arena"da olacaq.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda