"Çox şey alınmadı. Rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik".
Bu sözləri Rusiya "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar: "Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq. "Neftçi" hər il avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı. Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda olacaq (Report).
"Napoli"dən La Liqaya
Falkao klubsuz qaldı
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı
Lyakazett də ərəb klubuna keçdi
Van Bronxorst rəsmən “Liverpul”da
Ciro İmmobile "Beşiktaş"dan ayrıldı
"Atletiko"dan 45 milyon avroluq transfer
"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı
"Bayer"in yeni ev formaları - Şəkillər
"Sabah"ın Çempionlar Liasındakı rəqibləri müəyyənləşdi